-
- 8-08-2024, 17:00
- 166
Pakistanda musson yağışları - 154 nəfər öldü
Pakistanda musson yağışlarının 6 həftəlik nəticəsi açıqlanıb.
News24.az xəbər verir ki, Milli Fəlakət İdarəetmə Agentliyinin (NDMA) verdiyi açıqlamada iyulun 1-dən bəri musson yağışlarının yaratdığı daşqınlar nəticəsində 154 nəfərin həyatını itirdiyi bildirilib. Açıqlamada 279 nəfərin yaralandığı, 349 baş heyvanın tələf olduğu qeyd edilib.
NDMA-nın məlumatına görə, yağışlar nəticəsində Hayber Paxtunxva, Sind, Pəncab, Bəlucistan əyalətləri və Gilgit-Baltistan bölgəsi də daxil olmaqla, ölkə üzrə 1552 evə ziyan dəyib.
Paytaxt İslamabad və Ravalpindi şəhərində yollar su altında qalıb.
Pəncab hakimiyyəti daşqından zərər çəkənlər üçün 46 sağlamlıq mərkəzi yaradıb. Sinddə ən azı 2170 nəfər sığınacaqlara yerləşdirilib.
Məryəm İlhamqızı