-
- 9-08-2024, 13:55
- 413
Bavariya futbolçusunu icarəyə verdi
Almaniyanın "Bavariya" klubu futbolçusu Brayan Saraqosanı icarəyə verib.
News24.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
22 yaşlı vinger 2024/2025 mövsümündə İspaniyanın "Osasuna" komandasında çıxış edəcək.
Qeyd edək ki, ispaniyalı oyunçunun "Bavariya" ilə müqaviləsi 2029-cu ilin yayınadək nəzərdə tutulub. O, ötən mövsüm 58 oyunda 11 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.