-
- 12-08-2024, 16:06
- 282
İsrail kəşfiyyatında yeni iddia: "İran bir neçə günə hücum edəcək"
İsrail kəşfiyyatının hazırkı qiymətləndirməsinə görə, İran HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olaraq İsrailə birbaşa hücum etməyə hazırlaşır.
News24.az xəbər verir ki, agentlik cavab zərbəsinin bir neçə gün ərzində baş verəcəyinə inanır.
Kəşfiyyat ehtimal edir ki, cümə axşamına planlaşdırılan atəşkəs danışıqlarından əvvəl hücum baş verə bilər. Bu isə, mümkün razılaşma üçün danışıqları təhlükə altına qoyur.
Mənbələr, son 24 saat ərzində hazırlanan qiymətləndirmənin bir dəyişikliyi ifadə etdiyini söyləyib.
Qeyd edək ki. beynəlxalq təzyiqlərin və daxili müzakirələrin İranın Ali Lideri Əli Xamneyini İsrailə qarşı intiqamı təxirə salmasına, məhdudlaşdırmasına və ya minimuma endirməsinə səbəb ola biləcəyi irəli sürülüb.
Günel Məlikzadə