“İran 2 günə İsrailə hücum etməyə hazırlaşır”
    • 12-04-2024, 08:49
    • 146

“İran 2 günə İsrailə hücum etməyə hazırlaşır”

Yeni dərc olunan hesabata görə, İranın yaxın vaxtlarda İsrail ərazisinə birbaşa hücum edəcəyi gözlənilir.

News24.az Wall Street Journal-a istinadən xəbər verir ki, hücum "növbəti 24-48 saat ərzində baş verə bilər". Bu hücum İsrailin cənub və ya şimal hissələrini hədəfə ala bilər.

Bununla belə, İran liderlərinə yaxın mənbə qeyd edib ki, hücum planları müzakirə edilsə də, hələlik yekun qərar qəbul edilməyib.

Günel Məlikzadə