Ukrayna Rusiya ərazisində 28 yaşayış məntəqəsinə nəzarət edir - RƏSMİ
    • 12-08-2024, 16:39
    • 236

Ukrayna Rusiya ərazisində 28 yaşayış məntəqəsinə nəzarət edir - RƏSMİ

“Kursk vilayətində vəziyyət mürəkkəbdir, 28 yaşayış məntəqəsi Ukraynanın nəzarətindədir”.

News24.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru səlahiyyətlərini icra edən Aleksey Smirnov bildirib.

Onun sözlərinə görə, Kurskda Ukrayna Silahlı Qüvvələrinin hücumları nəticəsində 12 mülki şəxs həlak olub, 121 nəfər yaralanıb.

“Vilayətdən olan 2 minə yaxın insanın taleyi məlum deyil”, - deyə o əlavə edib.