Rusiya-Ukrayna sərhəd rayonlarında təhlükə: “Zelenski çılğın addımlar atır”
    • 13-08-2024, 13:28
    • 413

Rusiya-Ukrayna sərhəd rayonlarında təhlükə: “Zelenski çılğın addımlar atır”

Müharibə başlayandan bəri Rusiya ərazisinə etdiyi ən böyük hücumda Ukrayna müdafiə xətlərini yarmağa və daha da çox ərazini ələ keçirməyə çalışır.

News24.az xəbər verir ki, bu gün qoşunlar pilotsuz uçuş aparatları ilə Rusiyanın iki bölgəsini bombalayıb.

Ukrayna əsgərləri avqustun 6-da gözlənilməz hücumla Moskvadan təqribən 530 kilometr cənub-qərbdə, Rusiya sərhəddindəki Kursk şəhərinə sızıblar.

Rusiya prezidenti Vladimir Putin hücumu mümkün danışıqlardan əvvəl “Ukraynanın əlini gücləndirmək cəhdi” kimi qiymətləndirib.

Qeyd edək ki, Kursk qubernatoru Aleksey Smirnov ötən gün 121 min insanın bölgədən təxliyə edildiyini açıqlayıb.

Smirnov bildirib ki, Ukrayna qoşunları 12 kilometr irəliləyib və 28 yaşayış məntəqəsini nəzarətə götürüb.

Rusiyanın səkkiz müxtəlif bölgəsində mülki şəxslər üçün təxminən 60 müvəqqəti yerləşdirmə mərkəzi yaradılıb.

“Federal fövqəladə vəziyyət” səviyyəsinin keçdiyi və “antiterror vəziyyəti” elan edilən bölgəyə ölkənin digər şəhərlərindən sağlamlıq və xilasetmə qruplarının göndərilməsi davam edir.

Bildirək ki, Rusiya dünən cəbhənin müxtəlif bölgələrində irəliləyiş əldə etdiyini açıqlasa da, Ukrayna qoşunlarının irəliləməsini dayandırmaq üçün ehtiyat əsgərlərini bölgəyə göndərməli olduğunu bəyan edib.

Ukrayna prezidenti Vladimir Zelenski dünən axşam ukraynalılara verdiyi açıqlamada əməliyyatın Kiyevin təhlükəsizliyi üçün olduğunu və Kursk bölgəsinin Rusiya tərəfindən Ukraynaya qarşı bir çox hücumlarda istifadə edildiyini bildirib. Bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat xidməti bu gün RİA xəbər agentliyinə açıqlama verib.

Günel Məlikzadə