Deputat olmasalar da, deputat pensiyası alacaqlar - SİYAHI
    • 14-08-2024, 20:27
    • 267

Deputat olmasalar da, deputat pensiyası alacaqlar - SİYAHI

Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. 2020-ci ildə baş tutan seçkidə deputat seçilən bir çox şəxs budəfəki seçkidə də namizəddir. 

News24.az-ın  Modern.az-a istinadla verdiyi məlumata görə, növbədənkənar parlament seçkilərində iştirak etməyən VI çağırış Milli Məclisin bir sıra deputatları seçkidən sonra pensiyaya çıxacaqlar.

Azərbaycan müstəqillik qazandıqdan sonra - 1995-ci ildən bu yana deputat seçilənlərin pensiya almaq hüququ var. Qeyd edək ki, hazırda Azərbaycanda kişilər üçün əmək pensiyası yaşı 65, qadınlar üçün 64-dür.

Beləliklə, seçkidən sonra deputat pensiyası alacaq şəxslər aşağıdakılardır:

- İsa Həbibbəyli - 74 yaş

- Sədaqət Vəliyeva - 70 yaş

- Oktay Əsədov - 69 yaş

- Vahid Əhmədov - 76 yaş

- Fəzail Ağamalı - 76 yaş

- Sabir Rüstəmxanlı - 78 yaş

- Tahir Kərimli - 68 yaş

- Aqiqə Naxçıvanlı - 66 yaş

- Bəxtiyar Sadıqov - 72 yaş

 Pensiyalarla bağlı qanuna görə, Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı fəaliyyətdə olan deputatın əməkhaqqının 80 faizi miqdarında   pensiya almaq hüququna malikdir.