25 il sonra ATV-də birləşdilər
    • Bu gün, 15:18
    • 135

25 il sonra ATV-də birləşdilər

Yeni televiziya mövsümünə start verməyə hazırlaşan ATV telekanalı artıq bəzi layihələrin anonsunu yayımlamağa başlayıb.

News24.az xəbər verir ki, telekanal yeni komediya janrında olan "Qara-qura işlər" serialı ilə izləyicilərinin qarşısına çıxacaq.

Maraqlısı odur ki, serialın baş qəhramanları Elməddin Cəfərov və Müşfiq Şahverdiyevi tamaşaçılar 25 il sonra ilk dəfə eyni layihədə görəcəklər.

Qeyd edək ki, serialın baş prodüseri İslam Ağayev, ssenari müəllifləri isə Elsevər Camal və Azər Səlimlidir.//baku.ws