Azərbaycanda bu şəxslər deputat ola bilməyəcək...
    • 6-12-2019, 23:52
    • 859

Azərbaycanda bu şəxslər deputat ola bilməyəcək...

9 fevral 2020-ci il tarixində Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

News24.az xəbər verir ki, növbəti seçkilərə namizədliklərini irəli sürməkdə iddialı olan şəxslərin qeyri-rəsmi say çoxluğunu nəzərə alaraq Milli Məclisin üzvü olmaq üçün lazımi proseduru təqdim edir.

Kim deputat ola bilər?

Azərbaycan Respublikasının yaşı 18-dən aşağı olmayan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilə bilər.

Kim Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməz?

*İkili vətəndaşlığı olan

*Başqa dövlətlər qarşısında öhdəliyi olan

*İcra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən

*Elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan

*Din xadimləri

*Fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən

*Ağır cinayətlərə görə məhkum olunmuş

*Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər

Seçki dairəsi üzrə namizədləri siyasi partiyalar, siyasi partiyaların blokları, həmin seçki dairəsində daimi yaşayan, seçki hüququ olan Azərbaycan Respublikasının vətəndaşları irəli sürə bilərlər.