Tanınmış məşqçi 200 min dolları Qaraya çox gördü
    • Bu gün, 14:15
    • 355

Tanınmış məşqçi 200 min dolları Qaraya çox gördü

Millinin sabiq yarımmüdafiəçisi Qara Qarayevin «Neftçi»dən «Turan Tovuz»a keçidi baş tutmayıb.

Kurban Berdiyev onu komandasında görmək istəməyib.

Əyalət təmsilçisinin baş məşqçisi bakılıların əsas komandasından uzaqlaşdırılan 31 yaşlı oyunçuya görə onunla əlaqə saxlayan menecerlərə «yox» cavabı verib.

Rusiyalı çalışdırıcı Roman Qriqorçukun gözdən çıxardığı yığmanın keçmiş üzvü üçün 200 min dollar xərcləməyi məqbul saymayıb.

Qarayev həftələr öncə əvəzedici heyətə göndərilib. O, "ağ-qaralar"ın baş məşqçisi Roman Qriqorçukun planlarına daxil deyil.

Ukraynalı mütəxəssis təyinatı zamanı Qaranın komandada qalmasına sevinirdi.

Ancaq Ərzurum toplanışında Qriqorçuk futbolçunun yaxşı formada olmadığını görüb və heyətdən uzaq qalacağını bildirib. Bununla bağlı Qaranın özü də bir neçə dəfə məlumatlandırılıb.//sportinfo