Ukrayna tərəfindən tutulan ilk rus şəhəri
    • 16-08-2024, 15:55
    • 191

Ukrayna tərəfindən tutulan ilk rus şəhəri

Ukrayna qüvvələri cənub-qərbdə Kursk bölgəsində Rusiyanın iki müdafiə xəttini yarıb. Rusiya magistrallarında və kəndlərində az müqavimətlə üzləşib.

News24.az NTV-yə istinadən xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna qüvvələrinin sərhəddən təxminən 10 kilometr aralıda yerləşən 5500 əhalisi olan Rusiyanın Suca şəhərini tamamilə ələ keçirdiyini və hücumun başlanğıcından bəri əldə etdiyi ən böyük qələbə olduğunu açıqlayıb. 

Təhlilçilər deyirlər ki, Suca yəqin ki, tamamilə Ukraynanın nəzarəti altındadır.

Eyni zamnada, Ukrayna Baş Qərargah rəisi, general-polkovnik Aleksandr Sirski ölkəsinin Rusiyanın Kursk vilayətinin işğal olunmuş hissəsində hərbi komandanlıq yaratdığını açıqlayıb.

Qeyd edək ki, Kursk vilayətinin qubernatoru Ukrayna hərbçilərinin iki ölkə arasındakı sərhəd bölgəsinə doğru irəliləməsi nəticəsində təxminən 120 min insanın təxliyə edildiyini bildirib.

Hətta Ukrayna rəhbərliyi belə görünür ki, İkinci Dünya Müharibəsindən sonra nüvə dövləti olan Rusiyanın ilk işğalını qeyd edən əməliyyatın ilkin uğurunun miqyasından təəccüblənir.

Bəs indi nə baş verir?

Ukrayna rəsmiləri ABŞ-ın yüksək rütbəli rəsmilərinə bildiriblər ki, əməliyyatın məqsədi ruslar üçün əməliyyat dilemması yaratmaqdır.

Ordunun əsas məqsədi Moskvanı qoşunlarını həftələrdir yavaş, lakin sabit irəliləyiş əldə etdikləri Donetskdəki cəbhə xəttindən çıxarmağa məcbur etməkdir.

Günel Məlikzadə