Bakıda evə BASQIN: qadınları yaralayıb oğurluq etdilər
    • 17-08-2024, 12:06
    • 221

Bakıda evə BASQIN: qadınları yaralayıb oğurluq etdilər

Bakıda evə basqın edilib.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən xəbərə görə, avqustun 16-da gecə saat 2 radələrində Qaradağ rayonu ərazisində evlərin birinə daxil olaraq orada yaşayan 2 qadına kəsici alətlə xəsarət yetirib soyuducu, televizor və kondisioner oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən E.Hətəmov, M.Nağıyev və T.Nağıyev müəyyən edilərək saxlanılıblar. 

Araşdırma aparılır.