Blinken 9-cu dəfədir ki, İsraildədir
    • 19-08-2024, 09:25
    • 230

Blinken 9-cu dəfədir ki, İsraildədir

İsrailin Qəzza zolağına qarşı qırğınları 317 gündür davam edərkən, Qəzza zolağında atəşkəs üçün diplomatik səylər davam edir.

News24.az TRT-yə istinadən xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken atəşkəs üçün diplomatik səylər çərçivəsində İsrailin paytaxtı Təl-Əvivə gəlib.

Blinkenin müdafiə naziri Yoav Gallant, dövlət katibi İsrael Katz və prezident İsaak Hersoqla da görüşü planlaşdırılır.

Onu da qeyd edək ki, Blinken oktyabrın 7-dən bəri 9-cu dəfə İsrailə səfər edib.

Günel Məlikzadə