Putinin səfəri ikitərəfli münasibətlər üçün faydalı olacaq - Prezident
    • 19-08-2024, 14:08
    • 288

Putinin səfəri ikitərəfli münasibətlər üçün faydalı olacaq - Prezident

Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana hazırkı dövlət səfəri ikitərəfli münasibətlər üçün faydalı olacaq.

News24.az AZƏRTAC-a istinadla xəbər verir ki, Azərbaycan Prezidenti rusiyalı həmkarı ilə məhdud tərkibdə keçirilən görüşdə deyib: “Bu gün gündəlikdə duran məsələləri bir daha müzakirə edəcəyik. Əminəm ki, səfər həm Sizin, həm də münasibətlərimiz üçün xoş olacaq”.