Hizbullah İsrailin hərbi fabrik və qərargahı vurdu
    • 19-06-2024, 23:10
    • 405

Hizbullah İsrailin hərbi fabrik və qərargahı vurdu

Hərəkatın Telegram hesabından verilən açıqlamada qırıcıların Fələk raketləri ilə Sasa qəsəbəsindəki Balasan hərbi sənaye fabrikini vurduğu bildirilib.

News24.az xəbər verir ki, Hərəkat Beyt Hilel kazarmasındakı Səhl batalyonunun komanda qərargahının da Katyuşa raketləri ilə hədəfə alındığını bildirib.

Hizbullah bildirib ki, sözügedən iki hücum İsrailin Livanın cənubundakı Sur şəhərinin Əl Burqaliyə qəsəbəsinə təkrar hücumlarına cavab olaraq həyata keçirilib.

Qeyd edək ki, Livanın rəsmi xəbər agentliyi NNA da İsrail döyüş təyyarələrinin çərşənbə axşamı Livanın sahil şəhəri Surun şimalındakı Əl Burqaliyə qəsəbəsinə üç dəfə hücum etdiyini və bir avtomobilin hədəf alındığı hücumda 8 nəfərin yaralandığını bildirib.

Hizbullaha yaxınlığı ilə tanınan Livanda yerləşən Əl-Meyadin televiziyası da hücumda bir nəfərin öldüyünü bildirib.

Günel Məlikzadə