Qəzzada öldürülən jurnalistlərin sayı 169-a YÜKSƏLDİ
    • 19-08-2024, 18:52
    • 153

Qəzzada öldürülən jurnalistlərin sayı 169-a YÜKSƏLDİ

Hökumətin Qəzzadakı Media Ofisindən verilən açıqlamada İsrailin 318 gündür hücumlarını həyata keçirdiyi Qəzza zolağında qətlə yetirdiyi jurnalistlərlə bağlı məlumat verilib.

“Jurnalist İbrahim Mervan Muharibin ölümü ilə Qəzza zolağında soyqırım müharibəsi başlayandan bəri həyatını itirən jurnalistlərin sayı 169-a yüksəlib”, - deyə məlumatda bildirilib.

News24.az xəbər verir ki, İsrail ordusunun Qəzza zolağında jurnalistləri hədəf alması pislənilib və jurnalistlərin öldürülməsində İsrail ordusunun məsuliyyət daşıdığı vurğulanıb.

Bəyanatda beynəlxalq ictimaiyyət və mətbuatla bağlı beynəlxalq təşkilatlar, fələstinli jurnalistlərin öldürülməsini dayandırmaq üçün İsrailə qarşı çəkindirici sanksiyaların tətbiqi və törətdiyi cinayətlərə görə beynəlxalq məhkəmələrdə mühakimə olunması üçün səy göstərməyə çağırılıb.

Qeyd edək ki, Media Ofisinin əvvəlki açıqlamasında İsrailin Fələstinin səsini susdurmaq, faktları gizlətmək, xəbər və məlumatların regional və beynəlxalq ictimaiyyətə çatmasının qarşısını almaq üçün jurnalistləri qəsdən öldürdüyü vurğulanmışdı.



Məryəm İlhamqızı