Sabah saat 10-dan etibarən... - Əhaliyə RƏSMİ XƏBƏRDARLIQ
    • 20-08-2024, 23:26
    • 1 382

Sabah saat 10-dan etibarən... - Əhaliyə RƏSMİ XƏBƏRDARLIQ

Sabah Bakının bir sıra küçələrində və Xırdalan şəhərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə  “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Qeyd olunub ki, 21.08.2024-cü il tarixində saat 10:00-dan etibarən Nizami rayonu, Elşən Süleymanov küçəsində 1 ədəd siyirtmənin quraşdırılması, saat 09:00-dan isə “Masazır” QPS-in yüksək təzyiqli qəbul magistral qaz xətti üzərində quraşdırılmış 2 (iki) ədəd filtr-separatorların demontaj edilərək “Xaşa-Xuna” QPS-in qəbul qaz xətti üzərində quraşdırılması məqsədi ilə qaz təchizatının dayandırılması planlaşdırılır.


 


Təmir-quraşdırma işləri görülən müddətdə Nizami rayonu üzrə E.Süleymanov, C.Naxçıvanskı, B. Nuruyev küçələrinin və Babək prospektinin, Abşeron rayonu üzrə isə Xırdalan şəhərinin və AAF Park Yaşayış kompleksinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Modern.az