Pişik başqalarının paltarlarını oğurlayaraq evə gətirir - Qəribə hadisə
    • Dünən, 23:34
    • 129

Pişik başqalarının paltarlarını oğurlayaraq evə gətirir - Qəribə hadisə

İngiltərədə pişik başqa insanların paltarlarını oğurlayaraq evinə - sahibinə gətirir.

News24.az Demokrat.az-a istinadla xəbər verir ki, bu barədə "GoodNews Network" məlumat yayıb.

Pişiyin sahibi olan Sandra Danskin şikayət edir ki, mənzili indi itirilmiş və tapılmış əşyaların ofisinə çevrilib.

Qadının sözlərinə görə, onun 12 yaşlı Tabu adlı pişiyi şəhərdəki insanların əlcək, corab, alt paltarı və hətta ayaqqabılarını oğurlayır. Pişik əsasəb qurutmaq üçün asılan paltarları evə gətirir.

Eyni zamanda, britaniyalı qadının ev heyvanı heç vaxt cinayət başında tutulmayıb.

Sandra hər gün sosial şəbəkələrdə tapılan əşyalarla bağlı onlarla reklam dərc edir, onların sahiblərini tapmağa çalışır. Bundan əlavə, Danskin Tabunun hərəkətlərinə görə daim qonşularından üzr istəyir. O bildirib ki, oğurluq qurbanları əksər hallarda baş verənlərə yumorla yanaşırlar.