-
- 6-09-2024, 00:51
- 660
Sanksiyalar dollara mənfi təsir edir - XƏBƏRDARLIQ EDİLDİ
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp ABŞ-ın tətbiq etdiyi sanksiyaların dollara mənfi nəticələri barədə xəbərdarlıq edib.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, Tramp bu barədə Nyu Yorkda İqtisadi Klubunda çıxışı zamanı danışıb.
“Mən sanksiyalar tətbiq edirəm və onları mümkün qədər tez aradan qaldırıram, çünki onlar sonda dolları və onun təmsil etdiyi hər şeyi öldürür”, - deyə siyasətçi bildirib.
Onun fikrincə, dollar dünya valyutası olmağa davam etməlidir.