Arvadına yuxu dərmanı verib 72 kişiyə təcavüz etdirdi
    • Bu gün, 00:54
    • 244

Arvadına yuxu dərmanı verib 72 kişiyə təcavüz etdirdi



Fransada 71 yaşlı Dominik Pelikotun əcnəbi kişiləri evinə dəvət etdiyi və dərman içizdirdiyi arvadına təcavüz etdirdiyi məlum olub.

News24.az Lent.az-a istinadla xəbər verir ki, kompüterində həmin hadisələrə aid 3800-dən çox foto və videosu olan Pelikot evə gələn insanlara yüksək səslə danışmamaq, mətbəxdə paltarlarını çıxarmamaq, ətirdən istifadə etməmək kimi müəyyən qaydalar qoyurmuş.

Polisin foto və videolar əsasında müəyyən etdiyi 50 nəfərin və Pelikotun 20 ilə qədər həbs cəzası alması gözlənilir.

Məlum olub ki, 72 yaşlı Jizel Pelikot adlı qadın illərlə ağır dozada yuxu dərmanının təsiri altında olarkən onlarla kişi tərəfindən zorlanıb.

Sentyabrın 2-də başlamış məhkəmə prosesi zamanı məlum olub ki, ər Pelikot 2011-2020-ci illər arasında ən azı 50 fərqli kişini evə dəvət edərək, onların yatmış yoldaşına təcavüz etməsinə səbəb olub.

İclasın keçirildiyi məhkəmə zalı xüsusi olaraq genişləndirilib. Beş hakimdən ibarət cinayət məhkəməsinin sədri 31 cildlik məhkəmə işini təqdim edib.

Müstəntiqlər tərəfindən müəyyən edilən 72 nəfərdən 51-i 4 ay müddətində mühakimə olunacaq.

Qeyd olunur ki, Dominik Pelikot 2020-ci ildə ilk dəfə supermarketdə qadınların ətəklərinin altından gizli şəkildə fotolar çəkərkən təhlükəsizlik işçisi tərəfindən yaxalanıb.

Hadisədən sonra polis Pelikotun telefonunu və kompüterini yoxlayıb və həyat yoldaşının görüntülərini tapıb.

Dərmanların təsiri altında olduğu üçün məruz qaldığı cinsi təcavüzlərdən xəbərsiz olan Jizel Pelikot polisin xəbərdarlığından sonra ərini tərk edib.

Sonradan araşdırma zamanı məlum olub ki, Pelikot internet vasitəsilə həyat yoldaşı ilə birlikdə yaşadığı evə kişiləri dəvət edib.

2 ilə yaxın davam edən araşdırma nəticəsində polis 22-70 yaş aralığında olan 72 şübhəlidən 50-nin şəxsiyyətini müəyyən edə bilib.