-
- 5-06-2019, 13:58
- 1 590
Qəbələdə dəhşətli hadisə - Gəlin qaynı ilə birlikdə ərini…
Qəbələ rayonunda ərini öldürdüyünə görə həbs edilən və Cinayət Məcəlləsinin 120.2.1-ci, yəni bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə maddəsi ilə məhkum edilmiş Rəfiyev Vüsal Ağamməd oğlu Ali Məhkəməyə müraciət edib.
News24.az-ın məlumatına görə, qardaşı arvadı ilə birgə qardaşını öldürməkdə təqsirli bilinən Vüsaı Rəfiyev Ali Məhkəmədən barəsindəki işə yenidən baxılmasını və ona bəraət verilməsini xahiş edib. O, Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə ittiham edilməsinin doğru olmadığını bildirib. İşə Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, keçən il Qəbələ rayonunun Tikanlı kənd sakini Dursun Rəfiyevin itkin düşməsi faktı ilə əlaqədar rayon Polis Şöbəsi və Prokurorluğu əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, martın 25-də Dursun Rəfiyevlə arvadı Vüsalə Məmmədşərifova arasında münaqişə baş verib və bu zaman sonuncu ərinin qardaşı Vüsal ilə birgə daşla onu vuraraq (baş nahiyəsinə) qətlə yetirib cəsədini həyətdəki sanitar qovşağına atıb.
Görülmüş tədbirlərlə D.Rəfiyevin meyiti oradan çıxarılıb.
V.Məmmədşərifova və V.Rəfiyev polis əməkdaşları tərəfindən saxlanılıb.