Yük gəmisində Meymun çiçəyi karantini
    • 21-08-2024, 17:32
    • 190

Yük gəmisində Meymun çiçəyi karantini

Getdikcə yayılan Meymun çiçəyi (mpox) virusu ilə bağlı yeni narahatedici xəbərlər var. 

News24.az xəbər verir ki, Argentinada səlahiyyətlilər Mpox virusu şübhəsi ilə Parana çayında yük gəmisini karantinə alıblar.

Argentina Səhiyyə Nazirliyindən verilən açıqlamada Liberiya bayraqlı gəminin Braziliyanın Santos şəhərindən Argentinanın San Lorenzo limanına getmək üzrə olduğu bildirilib.

Açıqlamada bildirilib ki, səfər zamanı ekipajdan “gəmidə olan Hindistan vətəndaşının daha çox döş və üzündə kistaya bənzər dəri yaraları var” xəbərdarlığı alıblar.

Açıqlamada Mpox simptomları göstərən şəxsin ekipajın qalan üzvlərindən təcrid edildiyi, yük gəmisinin bu səbəbdən Parana çayında lövbər salaraq karantinə alındığı bildirilib.

Məryəm İlhamqızı