İki ailənin zəhərləndiyi deyilən «Qoç ət»dən AÇIQLAMA
    • 6-06-2019, 15:41
    • 1 348

İki ailənin zəhərləndiyi deyilən «Qoç ət»dən AÇIQLAMA

Bakıda fəaliyyət göstərən «Qoç ət» restoranlar şəbəkəsinin birində iyunun 4-də iki ailənin zəhərlənməsi ilə bağlı minval.info saytı xəbər yayımlayıb.

Bildirilir ki, paytaxt sakini Tural Allahverdiyev dostu Rəfael Quliyev, onun ailəsi və yaxınları Ramazan ayının son günündə “Qoç ət”in Binəqədi filialında iftar süfrəsində olublar. Evə döndükdən sonra onların səhhətlndə problem yaranıb. Bu üzdən də həm özü, həm də həyat yoldaşı və uşaqları xəstəxanaya yerləşdiriliblər. Həkimlərin müdaxiləsindən sonra Rəfaelin vəziyyəti yaxşılaşsa da, həyat yoldaşının səhhəti stabilləşməyib. Uşaqlar da A.F. Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasına, Rəfael və həyat yoldaşı isə 1 saylı xəstəxanaya yerləşdirilib.  
Məsələ ilə bağlı A.F.Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanası ilə əlaqə saxladıq. Xəstəxanadan News24. az-a faktı təsdiqlədilər. Bildirdilər ki, lazım olan tibbi müdaxilələr edilib, hazırda uşaqların vəziyyəti yaxşıdır. 

«Qoç ət» İdarə Heyətindən isə News24.az-a bildirdirdilər ki, zəhərlənmə ilə bağlı onlara şikayət daxil ollmayıb: «Heç kim özündən cəfəngiyyat uydurmasın. Bizim restoranda gün ərzinə 100-200 müştəri yemək yeyir, burda elə bir hadisə baş verə bilməz. Bizim bütün fəaliyyətimizə dövlət tərəfindən nəzarət olunur. Bu ölkədə qida təhlükəsizliyi qorunur və hər bir ərzaq yoxlanılmadam insanlara verilmir. Heç vaxt belə bir şey ola bilməz. Deyilənlər tamamilə əsassızdır. Elə bir hadisə olsaydı, bizə müraciət edilərdi.  Bizə bu haqda heç bir rəsmi şikayət daxil olmayıb».   

Qeyd edək ki, məlumatda digər ailənin də üzvlərinin də zəhərlənsiyi, lakin onlar ev şəraitində tibbi yardım aldıqları üçün xəstəxanaya müraciət etmədikləri bildirilib".

Afaq Mirayiq