-
- 23-08-2024, 18:12
- 327
7 saat avtomobildə qalan körpə HƏYATINI İTİRDİ
ABŞ-ın Texas ştatının Beeville bölgəsində polis 9 aylıq bir körpənin 7 saat istidə avtomobildə qaldıqdan sonra öldüyünü açıqlayıb.
News24.az xəbər verir ki, uşağın nənəsi səhər saat 8:30 radələrində uşağı avtomobilinin arxa hissəsindəki təhlükəsizlik oturacağına qoyub.
Bundan sonra, nənə 16:00 radələrində uşağı hərəkətsiz vəziyyətdə tapıb.
Hadisə qətl kimi qiymətləndirilib.
“Uşaqlar və Avtomobil Təhlükəsizliyi” qeyri-hökumət təşkilatı bildirib ki, bu il ölkə üzrə insanların avtomobildə qalması nəticəsində 26 ölüm hadisəsi qeydə alınıb.
Məryəm İlhamqızı