Qalatasaray-ın rəqibi zədələndi
    • Bu gün, 16:29
    • 73

Qalatasaray-ın rəqibi zədələndi

Qalatasarayın UEFA Çempionlar Liqası Play-Off matçında rəqibi İsveçrə təmsilçisi Young Boys olub.

News24.az xəbər verir ki, ötən həftə İsveçrə Liqasında "FK Sürix"lə oynayarkən sol topuğundan zədə alan Kastroit İmeri təxminən 3 həftə meydandan uzaq qalacaq.

İsveçrə yığmasında Mohamed Camara, Loris Benito və Saidy Janko müdafiədən zədələnib.

"Qalatasaray" Çempionlar Liqasının Play-Off mərhələsində "Yanq Boyz"la ilk matçı 21 avqust Çərşənbə günü saat 23:00-da keçiriləcək.

İstanbulda oynanılacaq cavab qarşılaşması 27 avqust çərşənbə axşamı saat 23:00-da başlayacaq.

Young Boys tərəfindən edilən açıqlamada aşağıdakı ifadələr yer aldı:

"Yanq Boyz növbəti iki-üç həftə Kastriot İmerisiz qalacaq. 24 yaşlı hücumçu bazar günü "FK Sürix" ilə matçın son mərhələsində xoşbəxtlikdən rəqibin kobudluğundan xilas olsa da, o, sol topuğundakı bağ zədəsi səbəbiylə fasilə verməli olacaq".

Günel Məlikzadə