Toy yolunda dəhşətli qəza: 26 yaralı
    • 26-08-2024, 17:55
    • 506

Toy yolunda dəhşətli qəza: 26 yaralı

Dənizlidə toya gedənləri daşıyan mikroavtobus idarəetmədən çıxaraq aşıb.

News24.az xəbər verir ki, mikroavtobusun aşması nəticəsində 26 nəfər xəsarət alıb.

Qəza yerinə sağlamlıq, xilasetmə, polis və jandarma qrupları sövq edilib.

Qeyd edək ki, qəzada yaralanan 26 nəfər təcili yardım maşınları ilə şəhərdəki xəstəxanalara aparılıb.

Günel Məlikzadə