“Bəsdir Azərbaycan qadını mətbəxdə oldu…”
    • 27-08-2024, 07:37
    • 1 065

“Bəsdir Azərbaycan qadını mətbəxdə oldu…”


"Qadın artıq mətbəxdən çıxmalıdır. Bəstir Azərbaycan qadını mətbəxdə oldu..."

News24.az olay-a istinadən bildirir ki, bu sözləri aktyor Kamran Ağabalayev qonaq olduğu "Nigar xanım" verilişində deyib. 

Sənətçi bildirib ki, qadın zamanını yalnız mətbəxdə keçirməməlidir: 

"Kişilər yemək bişirməlidir bu o demək deyil ki, siz mətbəxdə "düşüb - qalmalısınız". "Deyəndə ki, "bir qadın mətbəxdən çıxmalıdır" hər zaman hər şeyi yeməyə bağlayırlar. Bu "metafora" da ola bilir. Mətbəxi ancaq yeməyə bağlamaq doğru deyil. Mətbəx o deməkdir ki, yəni yemək, biş-düş, təmizləmək, yumaq kimi şeyləri qadın etməlidirsə bəs mənim qadınım olmağa nə zaman vaxtı olacaq? Zamanım olacaq bu bərabərdir "ölmə eşşəyim ölmə" deyiminə. Belə olmur".