Fuad Abbasov bu gecə saat 4-də BAKIDA OLACAQ
    • 7-06-2019, 14:40
    • 1 168

Fuad Abbasov bu gecə saat 4-də BAKIDA OLACAQ

Bir müddət öncə Rusiyada həbs olunan azərbaycanlı jurnalist Fuad Abbasov bu gecə, yəni iyunun 8-də gecə saatlarında saat 4-də Bakıya gətiriləcək. 

Bu barədə News24.az-a jurnalistin ailəsi məlumat verib. 

Qeyd edək ki, Moskva Vilayət Məhkəməsinin Mülki İşlər Kollegiyasında azərbaycanlı jurnalist Fuad Abbasovun şikayətinə baxılıb və prosesdə şikayət təmin edilməyib, aşağı instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.