Seçkini 110 min yerli müşahidəçi izləyəcək
    • Bu gün, 14:12
    • 103

Seçkini 110 min yerli müşahidəçi izləyəcək

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün indiyədək ümumilikdə akkreditasiyadan keçən yerli müşahidəçilərin sayı 110 mini ötüb.

News24.az modern.az-a istinadla xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov söyləyib.