Balıqlar "depresiya"ya DÜŞDÜ
    • Bu gün, 16:50
    • 99

Balıqlar "depresiya"ya DÜŞDÜ

Avstraliyada aparılan bir araşdırmada, çaylarda aşkar edilən antidepresan dərmanların balıqların davranışını və çoxalmasını "kəskin" şəkildə dəyişdirdiyi müşahidə edilib.

News24.az xəbər verir ki, alimlərin araşdırması nəticəsində su yollarına daxil olan antidepresan dərmanlar dünya miqyasında problem yarada bilər.

Qeyd edək ki, su ilə qarışdırılan antidepresan dərmanlar uzun müddət aşağı səviyyədə suda qalır. 

Beş ildir aparılan araşdırma nəticəsində bu dərmanların su ekosisteminə dərindən təsir etdiyi görülüb.

Elm adamları beş illik araşdırmada təxminən dörd min balığı araşdırıblar.

3600 yabanı Guppy növü balıq araşdırılıb və erkək balıqların davranışı, fiziki vəziyyəti və reproduktiv qabiliyyətləri araşdırılıb. Nəticədə, kişi guppilər azalmış bədən vəziyyəti və reproduktiv effektivlik göstərib.

Dərmana məruz qalma nəticəsində balıqların fəaliyyətində və risk alma davranışında azalma dəyişkənliyi müşahidə olunub ki, bu da onların təbiətdəki dəyişikliklərə cavab vermək qabiliyyətinə təsir edib.

Elm adamları hər gün minlərlə kimyəvi maddənin su yollarına qarışdığını söyləyərək, "bu vəziyyət təkcə balıqların çoxalmasını deyil, həm də həyat mübarizəsini azaldır", - hesabatını veriblər.

Məryəm İlhamqızı