Tümendə yanğın baş verdi - ölənlər var
    • Bu gün, 17:08
    • 66

Tümendə yanğın baş verdi - ölənlər var

Bir gənc və iki doqquz yaşlı oğlan Tümendə çoxmərtəbəli binada yanğının qurbanı olub.

News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional Baş İdarəsi məlumat yayıb.

Faciə 50 Let VLKSM küçəsində yerləşən yaşayış binasında baş verib. Gələn yanğınsöndürənlər dördüncü mərtəbədəki mənzildə 18 yaşlı gənc və iki doqquz yaşlı qardaşı aşkar ediblər. 

Verilən məlumata görə, həkimlər zərərçəkənləri xilas edə bilməyiblər. 

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğının sahəsi 2 kvadratmetr olub, söndürülməsində 18 mütəxəssis və 6 texnika iştirak edib.

Məryəm İlhamqızı