-
- 8-06-2019, 11:41
- 1 224
Azərbaycanda dəhşətli hadisə - Qardaşının evinə gəlib onun həyat yoldaşını...
Bu ilin yanvar ayında Abşeron rayonu Qobu qəsəbəsində baş vermiş qətl hadisəsi ilə bağlı açılmş cinayt işinin ibtidai istintaqı yekunlaşıb.
News24.az-ın məlumatına görə, qardaşının həyat yoldaşını öldürən Məmmədov Rafiq Həsənoviç barəsində Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci, yəni qəsdən adam öldürmə maddəsi ilə açılan işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Əhməd Quliyevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, yanvarın 2-də Qobu qəsəbəsində yaşayan Elçin Məmmədovun evinə gələn qardaşı Rafiq Məmmədov münaqişə zəminində onun arvadı Əqidə Məmmədovanın baş nahiyəsinə küt alətlə xəsarət yetirib.
Qadın aldığı ağır xəsarətdən hadisə yerində ölüb.
Abşeron RPİ və rayon prokurorluğu əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədov saxlanılıb.