Qəbiristanlığa apardı və dəhşətli formada cəzalandırdı -  AZƏRBAYCANDA QORXUNC CİNAYƏT
    • 22-05-2019, 15:07
    • 1 618

Qəbiristanlığa apardı və dəhşətli formada cəzalandırdı - AZƏRBAYCANDA QORXUNC CİNAYƏT

Şabran rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı ibtidai istintaq başa çatıb.

News24.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin 120.1-ci, yəni qəsdən adam öldürmə maddəsi ilə barəsində cinayət işi açılan Əbdülov Asim Qənimət oğlu barəsində Şabran Rayon Prokurorluğunda aparılan istintaq yekunlaşıb. Cinayət işinin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Əlövsət Abbasovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, dəhşətli qətl hadisəsi bu ilin 11 fevral tarixində baş verib. Hadisə səhər saatlarında, rayondakı qəbiristanlıqların birində yaşanıb. Atışma nəticəsində Qədirli Elşən Binyətəli oğlu Asim Əbdülov tərəfindən güllələnərək öldürülüb.

İlkin ehtimala görə, qətlin səbəbi öldürülən şəxsin – E.Qədirlinin A.Əbdülovun evinə gələrək, pəncərəni gizlincə döyməsi olub. Bundan qəzəblənən A.Əbdulov E.Qədirlini qəbiristanlığa aparıb və onun belə cəzalandırıb.