-
- 30-08-2024, 22:00
- 533
"Fənərbağça" MY-nin bəyənmədiyi futbolçunu transfer edir
"Fiorentina"nın və Mərakeş millisinin yarımmüdafiəçisi Sofyan Amrabat karyerasını Türkiyə çempionatında davam etdirəcək.
News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat verib.
28 yaşlı futbolçu Joze Mourinyonun çalışdırdığı “Fənərbağça”ya keçir. Transfer satınalma öhdəliyi olmaqla icarə əsasında olacaq. "Fənər" buna görə 2 milyon avro ödəyəcək.
İstanbul klubu futbolçunu almaq üçün 13 milyon avrosundan keçəcək. "Fiorentina" isə bonus olaraq daha 3 milyon avro qazana bilər. Amrabat Türkiyə klubu ilə 4 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, ötən mövsüm Amrabat “Mançester Yunayted”də icarə əsasında çıxış edib. “Qırmızı şeytanlar” futbolçunu almaqdan imtina edib.