"Arsenal" qapıçısını satdı
    • Bu gün, 19:30
    • 64

"Arsenal" qapıçısını satdı

"Sauthempton"  "Arsenal"ın qapıçısı Aaron Ramsdeyli transfer edib.

News24.az QOL.az-a istinadən xəbər verir ki, 26 yaşlı qolkiperlə 4 illik müqavilə imzalanıb.

"Sauthempton" ingiltərəli qapıçı üçün "Arsenal"a 25 milyon funt-sterlinq ödəyib.

London klubunda 2021-ci ildən çıxış edən Ramsdeyl 78 oyuna çıxıb. O, 2021-ci ildən İngiltərə millisinin heyətində 5 oyunda iştirak edib.

"Arsenal" Ramsdeylin yerinə "Bornmut"un qapıçısı Netonu bir mövsümlük icarəyə götürməyi planlaşdırır.