“Eskişehirspor” avtobusuna hücum edildi
    • 26-03-2024, 14:25
    • 184

“Eskişehirspor” avtobusuna hücum edildi

Türkiyənin Eskişehirspor komanda avtobusuna hücum edilib.

News24.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Eskişehirspor azarkeşləri olaraq izah edə bilməyəcəyimiz bir qrup tərəfindən dünən axşam komanda avtobusuna hücumu təəssüflə qınayırıq və məsələni futbolçularımızla, yeni gələn texniki heyətimizlə birlikdə təqib edəcəyik. Futbolçularımıza heç bir hücum olmayıb",- deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, hücumun azərkeşlər tərəfindən olduğu bildirilib. Araşdırma aparılır

Mehriban Mirzəzadə