Məşhur müğənnidən ŞAD XƏBƏR
    • Bu gün, 17:42
    • 113

Məşhur müğənnidən ŞAD XƏBƏR

Əvvəllər həmkarı Öykü Gürmanla evli olan Yavuz Bingöl bir müddət idi ki, memar Nilşah Ağaoğlu ilə nişanlanmışdı. 

News24.az xəbər verir ki, tanınmış xalq ifaçısı fotolarını "Əzizim, Allah ömrümüzün qalan hissəsini birlikdə keçirməyi bizə nəsib etsin" cümləsi ilə paylaşıb.

Münasibətlərini ictimaiyyətdən uzaq yaşayan cütlükdən şad xəbər gəlib. Magazin Burada-nın xəbərinə görə, məşhur sənətçi Yavuz Bingöl və sevgilisi Nilşah Ağaoğlu 6 illik münasibətlərini oktyabrın 25-də Ayvalıkda toy mərasimi ilə taclandıracaq.

Yavuz Bingölün nikah şahidi yaxın dostu Oktay Kaynarca Nilşah Ağaoğlunun şahidi isə müğənni Elif Buse Doğan olacaq.

Məryəm İlhamqızı