Orxan Əfəndiyev vəzifəsindən azad edildi
    • Bu gün, 12:18
    • 194

Orxan Əfəndiyev vəzifəsindən azad edildi

"Azərbaycan Sənaye Sığorta" ASC-nin (ASS) İdarə Heyətinin (İH) sədri Orxan Əfəndiyev vəzifəsindən azad edilib.

News24.az "Report"a istinadla xəbər verir ki, onun yerinə hələ ki təyinat olmayıb.

O.Əfəndiyev 2019-cu ilin avqust ayından sözügedən vəzifədə idi.

Xatırladaq ki, ASS 2008-ci ildə yaradılıb. Şirkət 1996-cı ildən sığorta bazarına daxil olmuş "Cİ Sığorta" MMC-nin hüquqi varisidir. Onun nizamnamə kapitalı 11 milyon manatdır. Şirkətin səhmlərinin 75%-i "Anadolu İnvestment Company" MMC-yə, 25%-i isə "Azərbaycan Sənaye Bankı" ASC-yə məxsusdur.