-
- 11-06-2019, 13:31
- 907
“Naməhrəm kişi qadınları sığallayır” – Nadir Qafarzadə "Qaloş piri"ndən danışdı - VİDEO
“Naməhrəm kişi qadınları sığallayır. Mən bir xanımla görüşəndə belə, icazə alıram”.
Bu sözləri müğənni Nadir Qafarzadə News24.az-a son günlər müzakirə olunan “Qaloş piri” haqda danışarkən deyib.
Hər kəsin fikrinə hörmət etdiyini deyən ifaçı insanları elmli olmağa səsləyib:
“Pirlərə o qədər də inanmıram. Mənim üçün əsas Allahdır, Məhəmməd onun rəsuludur və Allahdan başqa Allah yoxdur. Pirlər inanclardır. Daşa itaət etmək, daşı öpmək, ondan nə isə istəmək, mən belə şeylərə inanmıram. Bu hər kəsin şəxsi fikridir və mən buna hörmətlə yanaşıram. Amma mənim üçün bu, belə deyil. Mən hər şeyi Allahdan istəyirəm və çalışıram ki, onun qoyduğu düzgün yolla gedim. Allah da bu düşüncələrimə görə istədiklərimi mənə bəxş etsin. Mən heç vaxt var-dövlət istəməmişəm. Bütün insanları Allah yaradıb. Sonradan isə dinlər yaranıb. Hətta oxumuşam ki, Avropanın bəzi ölkələri Quran ayələri ilə təhsil alırlar. Bunu mən yox, Harvard Universitetinində dərs deyən müsəlman müəllim deyib. Əldə olunan statistik göstəricilərə görə, xristianlar daha çox müsəlman qayda-qanunu ilə yaşayırlar. Fikir verin ki, xristian dinə - imana gəlib, Qurana uyğun yaşamağa çalışır. “Qurani-Kərim” biz müsəlmanlara göndərilib. Bəs, niyə riayət etmirik? Çalışaq Allahımızı tanıyaq. Fərqi yoxdur, kim nəyə və ya kimə itaət edir. Mən buna pis baxmıram. Sadəcə deyirəm ki, bir az elmli olaq, kitablar oxuyaq. Həmin görüntülərdə bir şey də var idi ki, naməhrəm kişi qadınları sığallayır. Hətta niyyəti pis olmasa belə, bunu etmək olmaz. Mən bir xanımla görüşəndə belə, icazə alıram”.
N.Qafarzadə söhbət əsnasında instaqramda qeydiyyatdan keçməsinə peşman olduğunu etiraf edib. Buna səbəb isə sosial şəbəkədə əxlaqsızlığın təbliğ olunmasıdır:
“İnstağramda ya öz kliplərimi, ya da sosial mövzuları paylaşıram. İnsanların nə fikirləşdiyini bilmək istəyirəm. İstəməzdim ki, yataq otağında baş verənləri hər kəslə paylaşaq. Mətbəx videosunun öz yeri var, yataq, ayaqyolu videolarının öz yeri. Yəni otaqları səhv salmayaq. Çaılşaq lazım olanları göstərək. Fikir verirəm ki, pis şeyləri təbliğ edənlər dəbə minirlər. Onları söysələr belə, veclərinə almırlar, deyirlər ki, təki gündəmdə olum.
İnsanların son zamanlar qeyrət-namus damarı tutub. Kimdə nə yoxdursa, ondan danışır. Kişi söhbətlərini bitirin! Kişisən, öz evində, nəslin, həyat yoldaşın, ailən üçün. Təki instagram açılmayaydı və bu qədər pozğun insanları tanımayaydım. İnstagrama girəndə fikirləşirəm ki, bu qədər tərbiyəsiz Azərbaycanda yaşayır? Bunları hansı zavodda istehsal edirlər? Bunların evdə ağsaqqalı, öyüd verəni yoxdur? Düzdür, yaxşılar da var, amma pislər daha çoxdur. İstəməsək belə, gözümüzə girirlər.
Vətənpərvərlik, Qarabağ və s. haqda nə isə paylaşanda bəyənmə və baxış sayı az olur. Amma bir pozğun, əxlaqsız bir şey paylaşanda, baxış sayı üz yüz mini keçir. Bunların fanatları bu qədərmi çoxdur?!
Qalmaqallardan uzaq duran Nadir Qafarzadə instagramda təhqir olunanlara da müraciət edib:
“Biz üzdə olan, ictimai insanlarıq. Fikir bildiririk ki, ay gənclər, ay xanımlar özünüzə gəlin! Ən azından adınızın qarşısında “müsəlman” və “Azərbaycan” sözü var. Siz hansısa qardaşın bacısı, bir kişinin həyat yoldaşı, bir ana və atanın qızısınız. Yəni elə edin ki, o yazıqları söyməsinlər. Deyirlər ki, ağacı barına görə tanıyarlar. Söyüşlər də, həmin adamın anasına, qardaşına atasına ünvanlanır. Onlara yazığınız gəlsin, söyüşdən boğulublar”.
Teymur MƏMMƏDOV
Video: Fərid ŞABANOV