Uşaqları zəhərli konfetlə öldürmək istədi – İfşa olundu – ŞOK CİNAYƏT
    • Dünən, 21:28
    • 73

Uşaqları zəhərli konfetlə öldürmək istədi – İfşa olundu – ŞOK CİNAYƏT

Təriqət liderinin uşaqları zəhərli konfetlə öldürmək planı üzə çıxıb.

News24.az konkret.az-a istinadən xəbər verir ki, Neo-Nasist Manyak Cinayəti Kultunun lideri Mixail Çxikvişvili ABŞ-da Milad bayramları zamanı ağdərili olmayan uşaqları zəhərli konfetlə öldürməyi planlaşdırarkən cinayət başında yaxalanıb.

ABŞ Ədliyyə Nazirliyi bildirib ki, 21 yaşlı Mixail Çxikvişvili antisemit qətl planı hazırlayıb və yəhudi uşaqlarını öldürmək istəyib. Məlum olub ki, Moldovanın paytaxtı Kişinyovda İnterpol tərəfindən yaxalanan Çxikvişvili maskalı FTB agentindən özünü Santa Klaus qiyafəsində gizlətməyi və Bruklin küçələrində yəhudilərə və digər azlıqların uşaqlarına zəhərli konfet paylamaq istəyib.

Qeyd edilib ki, Çxikvişvili əsl kimliyini bilmədiyi FTB agentinə zəhər hazırlamaq üçün ətraflı reseptlər də verib.

Prokurorluğun əldə etdiyi sənədlərdə görünür ki, Çxikvişvili və “Maniak Cinayəti” təriqətinin üzvləri ağ irqin üstünlüyünü qabardır və digər irqlərə qarşı etnik təmizləmə aparmağı nəzərdə tutur. Təriqət həmçinin öz ardıcıllarını məktəblərdə irqçi atışma, izdihamlı tədbirlərdə avtomobil hücumları və intihar hücumları kimi hərəkətlər etməyə təşviq edir.

Təqsirli bilinərsə, Çxikvişvili 50 ilədək həbs cəzası ala bilər.