Ermənistanda polislər GÜLLƏLƏNDİ
    • Dünən, 22:46
    • 82

Ermənistanda polislər GÜLLƏLƏNDİ


Ermənistanın Armavir vilayətinin Nalbandyan kəndində atışma nəticəsində bir polis ölüb.

News24.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis əməkdaşlarına kənd sakinlərindən birinin silah gizlətməsi barədə əməliyyat məlumatı daxil olub.

Asayış keşikçiləri sözügedən ünvana yollanıblar, lakin şübhəli şəxs polislərə atəş açıb.

Hadisə nəticəsində azı iki polis əməkdaşı xəstəxanaya aparılıb, onlardan biri yolda ölüb.