Cəlilabadda dördotaqlı ev yanıb
    • 7-10-2022, 02:00
    • 267

Cəlilabadda dördotaqlı ev yanıb

Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.

Yanğın Təzəkənd kəndində qeydə alınıb. Hadisə yerinə FHN Cəlilabad yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Kənd sakini Seymur Nuralıyeva məxsus ümumi sahəsi 153 kvadratmetr olan birmərtəbəli dördotaqlı ev tamamilə yanıb. Hadisə zamanı evdə heç kim olmayıb.

Hazırda yanğının səbəbləri araşdırılır. /APA/