"Birbaşa Bakı" Çempionlar Liqasının qalibi oldu
    • Bu gün, 20:50
    • 90

"Birbaşa Bakı" Çempionlar Liqasının qalibi oldu


Azərbaycanın minifutbol üzrə "Birbaşa Bakı" komandası Polşanın paytaxtı Varşavada keçirilən Çempionlar Liqasının qalibi olub.

News24.az Axar.az-a istinadla xəbər verir ki, finalda Çexiya komandası "Brno" ilə qarşılaşan təmsilçimiz 2:1 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, Azərbaycan çempionu həlledici mərhələyə gedən yolda Ukraynanın "Andezit" klubunu üstələmişdi.