-
- 8-09-2024, 22:53
- 572
Neymar müayinələrdən keçdi, bəd xəbər aldı
Keçən payızdan bəri çarpaz bağın yırtılmasından müalicə olunan “Əl-Hilal”ın və Braziliya millisinin 32 yaşlı cinah oyunçusu Neymar tibbi və fiziki müayinələrdən keçə bilməyib.
News24.az Publika.az-a istinadla xəbər verir ki, ona tam sağalmaq üçün daha çox vaxt lazım olduğu müəyyənləşib. Bu barədə “Thamer” X sosial şəbəkəsində məlumat verib.
Braziliyalı futbolçu 2023-cü ilin yayında Səudiyyə Ərəbistanı klubuna keçib. Bu müddət ərzində o, bütün turnirlərdə cəmi 5 matçda iştirak edib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun klubla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.