-
- 10-09-2024, 08:09
- 9 808
ƏHALİYƏ XƏBƏRDARLIQ: Sentyabrın 11-dək...
Azərbaycanda sentyabrın 11-dək geomaqnit qasırğası gözlənilir.
Bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.
Bildirilib ki, günəşdə bir neçə oblastda baş verən M sinif və digər alışmalar səbəbindən günəş aktivliyinin səviyyəsi artıb:
"Kosmik aparatlar Yerə yönələn tac kütlə atılmaları müşahidə edib. 10-11 sentyabr tarixlərində günəş aktivliyi M (R1-R2 - mülayim orta) və müəyyən ehtimalla X (R3 - güclü) səviyyədə olacaq".
Qeyd olunub ki, hazırda geomaqnit qasırğası orta səviyyədədir:
"Sentyabrın 10-u saat 17:00-dan başlayaraq geomaqnit qasırğa G1 (mülayim) səviyyəsinə yüksələcək, sentyabrın 10-u gecə və 11-i səhər saat 06:00-da G2 (orta) səviyyədə olacaq. Sentyabrın 11-i saat 13:00-dan başlayaraq geomaqnit sahə normal fon səviyyəsinə düşəcək. Geomaqnit qasırğa daha çox yüksək coğrafi enliklərdə müşahidə olunacaq. Orta coğrafi enliklərdə isə mülayim olaraq hiss ediləcək".