Hər səhər qəhvə içənlərə XƏBƏRDARLIQ - ZƏRƏRLƏRİ BUNLAR İMİŞ...
    • 10-09-2024, 23:46
    • 791

Hər səhər qəhvə içənlərə XƏBƏRDARLIQ - ZƏRƏRLƏRİ BUNLAR İMİŞ...

Mütəxəssislər səhər tezdən kofe içərək oyanmaq vərdişinə qarşı xəbərdarlıq ediblər. 

News24.az xəbər verir ki, qəhvənin insan orqanizminə təsiri ilə bağlı aparılan araşdırmalar nəticəsində məlum olub ki, biz illərdir qəhvəni yanlış şəkildə istehlak edirik.

Gərgin templə işləyən insanların tez-tez təkrarladığı vərdiş olan səhərlər acqarnına qəhvə içmək vərdişi əslində insan orqanizminə faydadan çox zərər verir. Səhər acqarına istehlak edilən qəhvə orqanizmin qan şəkəri səviyyəsində balanssızlığa səbəb olur. Bu isə gün ərzində özünüzü zəif və yorğun hiss etməyinizə səbəb olan bir vəziyyətdir.

Aç qarnına qəhvə içmək sizə enerji versə də, günün qalan hissəsində özünüzü daha yorğun və ləng hiss edəcəksiniz. Aç qarnına qəhvə içmək mədə narahatlığına da səbəb olur. Qəhvə turşu tərkibli bir içkidir və ac qarına qəhvə içmək vərdiş halına gələndə bu, mədə turşusunun balanssızlaşmasına səbəb olur.

Səhərlər acqarına qəhvə içmək vərdişi qəhvə asılılığı riskini də yaradır. Günə qəhvə ilə başlamağı vərdiş halına gətirdiyiniz zaman və davamlı olaraq qəhvə ilə oyandığınız zaman orqanizm bir müddət sonra qəhvəsiz oyanmayacağını düşünməyə başlayır. Stress və depressiyaya səbəb olan bu vəziyyət orqanizmin hormon balansının pozulmasına gətirib çıxarır.

Qeyd edək ki, düzgün qəhvə istehlakı ürək sağlamlığını qorumağa kömək edir.

Məryəm İlhamqızı