Uçuş-enmə zolağında 2 təyyarə TOQQUŞDU
    • 11-09-2024, 10:09
    • 284

Uçuş-enmə zolağında 2 təyyarə TOQQUŞDU

ABŞ Federal Aviasiya İdarəsi (FAA) Hartsfield-Jackson Atlanta Beynəlxalq Hava Limanının uçuş-enmə zolağında Delta sərnişin təyyarəsinin eyni şirkətin törəmə şirkəti olan Endeavour Airlines şirkətinə məxsus təyyarə ilə toqquşduğunu açıqlayıb.

News24.az xəbər verir ki, Yaponiyanın paytaxtı Tokioya qalxmağa hazırlaşan Delta Hava Yollarına məxsus Airbus A350 reysi 295 saylı təyyarənin qanad ucu Endeavour Air təyyarəsinin 5526 saylı uçuşunun quyruğuna dəyib.

Toqquşma nəticəsində Bombardier tipli təyyarənin bütün quyruq hissəsi yerə düşüb.

Tokioya gedən Delta təyyarəsində 221 sərnişinin, Luiziana ştatına uçmağa hazırlanan Bombardier CRJ900 tipli Endeavour təyyarəsində isə 56 sərnişinin olduğu qeyd edilib.

FAA rəsmiləri toqquşma nəticəsində heç kimin xəsarət almadığını və hadisə ilə bağlı araşdırmalara başlanıldığını bildirib.

Məryəm İlhamqızı