-
- 11-09-2024, 15:06
- 498
Gədəbəydə çobandan iyrənc hərəkət — TƏFƏRRÜAT
Gədəbəy rayonunda 1987-ci il təvəllüdlü Şahmar yetkinlik yaşına çatmayan həmyerlisi Sənana (adlar şərti göstərilib – red.) qarşı seksual xarakterli hərəkətlər edib.
News24.az bildirir ki, demokrat.az-ın əldə etdiyi məlumata görə, Şahmar anlaqsız vəziyyətdə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etməyərək və onu idarə edə bilməyərək 28 aprel 2022-ci ildə, saat 18 radələrində Gədəbəy rayonunun kəndində ev sahibinin azyaşlı oğlu, 2014-cü il tarixdə anadan olmuş Sənana qarşı iyrənc hərəkətlər edib.
Şahmar Sənanın ailə üzvlərinə məxsus evin həyatyanı sahəsində inəklərini otararkən öz cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə 14 yaşına çatmamış Sənanı əlləri ilə ağzını tutub, köməksiz vəziyyətindən istifadə etməklə ona qarşı fiziki zor tətbiq edib. Sənanla qeyri-təbii yolla cinsi əlaqədə olub, ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.
Hadisəni törədən Şahmarın barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şahmar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonunun kəndində yaşayır:
“Zərərçəkmiş Sənan və onun ailə üzvlərini tanıyıram. Əvvəllər Sənangilin ailəsi ilə aramızda heç bir düşmənçilik və ədavətim olmayıb. Aprelin 28-də, günortadan sonra Gədəbəy rayonunun kəndinin ərazisində meşənin yaxınlığında inəklərimi otaran zaman Sənanın anası Səidə də öz inəklərini məhləsinin içində otarırdı. Aramızda ağaclardan ibarət çəpər olub. Səidədən xahiş etdim ki, ya özü mənə evindən su gətirsin, ya da oğlu Sənanla içməyə su göndərsin. Səidə inəklərini mənə tapşıraraq evinə getdi. Bir neçə dəqiqə sonra Sənan sok butulkasında mənə içməli su gətirdi. Həmin suyu içdim. Həmin vaxt Sənangilin məhləsinin ağaclardan ibarət olan çəpərin yaxınlığında inəklərini otarırdı. Sənan mənə cinsi əlaqədə olmağı təklif etdi. Onunla razılaşmadım və “olmaz” dedim. Lakin Sənan məndən əl çəkmədi və təkidlə cinsi əlaqədə olmağı istədi. Sənana “görən olar bizi, səninlə cinsi əlaqədə olmaq istəmirəm” dedim. Sənan isə “qorxma heç kim bizi görməz, gəl cinsi əlaqədə olaq” dedi. Sənanın əl çəkmədiyini görərək onunla razılaşdım”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Sənanla birlikdə onların məhləsinə keçib və məhlədə olan fındıq ağacının dibində onunla cinsi əlaqədə olub:
“Əvvəlcə Sənan, sonra isə məbn öz şalvarımı aşağı çəkdim. Şalvarımı aşağı çəkdikdən sonra üzü üstdə yerə uzandım. Sənan üstümə uzanaraq təxminən 2 dəqiqə mənə qarşı seksual xarakterli hərəkətlər etdi. Sonra yerdən qalxdı. Sənan üzü üstə qabağa əyildi. Mən də onunla qeyri-təbii yolla cinsi əlaqədə oldum, ona qarşı seksual xarakterli hərəkətlər etdim. Həmin vaxt Sənangilin qonşusu Gülnar məni səsləyərək inəklərinin onların həyətinə girdiyini dedi. Mən Gülnarı görmədim, yalnız səsini eşitdim. O da bizi görmədi. Gülnar bizi səslədiyi üçün qorxdum ki, gəlib bizi bu vəziyyərdə görər. Ona görə də Sənanı buraxaraq inəklərimə tərəf qaçdım. İnəklərimi aparıb gedəndə Gülnar məni gördü, qışqırdı ki, niyə inəklər məhləsinə girib. İnəklərini aparıb evimizə tərəf gedən zaman Səidə gələrək mənə çatdı. Sənan da Səidənin yanında idi. Səidə məndən soruşdu ki, niyə Sənanla əxlaqsız hərəkətlər edib. Səidəyə heç nə demədən getmək istəyərkən sonuncu məni ağacla vurmaq istədi. Mən öz inəklərimi evimizə apardım. Səidə və Sənan da öz evlərinə tərəf getdilər”.
Şahmar bildirib ki, bir qədər sonra Səidə oğlu Sənanla birlikdə onların həyətinə gəlib və səs-küy salıb:
“Qorxduğum üçün Səidənin yanında yalandan atama “mən Sənanla cinsi əlaqədə olmamışam” dedim. Sonra Səidəgil getdilər. Əməlimdən çox peşmanam. Ona görə də hadisədən sonra dəfələrlə peşman olaraq ağlamışam. Psixi xəstəyəm, xəstəliklə bağlı uşaq vaxtı Gəncə şəhərində xəstəxanada müalicə olunmuşam. Hərf və rəqəmləri bilmirəm. Lakin bilirəm ki, Sənan məndən çox balacadır, uşaqdır. Amma Sənan yalan danışır, onun ağzını tutmamışam, bu işə məcbur etməmişəm. Sənan özü məndən cinsi əlaqədə olmağı istədi. Başqa heç bir uşağa qarşı əxlaqsız hərəkət etməmişəm, cinsi əlaqədə olmamışam. Sənanla ilk dəfə elə hərəkət etmişəm. Əvvəllər Sənana qarşı əxlaqsız hərəkətlər etməmişəm, onunla cinsi əlaqədə olmamışam”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Sənanın sözlərinə görə, Gədəbəy rayonunun kəndində tam orta məktəbinin ikinci sinif şagirdidir:
“Təqsirləndirilən şahmarı tanıyıram, qonşu kənddə yaşayır. Aprelin 28-də anam Səidə inəklərimizi otarmaqdan gəldi. Şahmara verməyim üçün bir butulka su verdi. Mən həmin suyu apararaq Şahmara verdim. Həmin vaxt Şahmar bizim məhlənin yaxınlığında inəklərini otardı. Şahmar suyu içdikdən sonra mənimlə intim əlaqəyə girmək istədi. Ona dedim ki, mənlik deyil, istəmirəm. O isə mənə “qorxma, mən başqa uşaqları da belə etmişəm” dedi. şahmar məni tutmaq istəyəndə qaçdım. Şahmar bir qədər arxamca qaçaraq məhlələrimizdə olan fındıq ağacının dibində məni tutdu, əlləri ilə ağzımı sıxaraq öz şalvarını aşağı çəkdi.
Şahmarın əlindən çıxaraq qaçmaq istəsəm də, məni buraxmadı. Şahmar özünün də, mənim də şalvarımı aşağı çəkərək arxadan mənimlə oldu. Bu zaman mən biraz ağrı hiss etdim. Sonra qonşumuz Gülnar səslənərək “ay Şahmar, ay Şahmar inəkləriniz bizim məhləyə girdi, gəl çıxart” dedi. Mən də Şahmara dedim ki, mənə etdiklərini anama deyəcəm. O isə mənə “anana heçnə demə” dedi. Həmin vaxt Şahmar məni buraxaraq inəklərinin yanına getdi. Mən qaçaraq evlimizə getdim, Şahmarın etdiklərini anama dedim. Anam əsəbləşərək Şahmarın yanına getdi, onunla dalaşdı. Anam geri qayıdarkən Şahmar uzaqdan durararq ona daş atdı. Şahamar mənə qarşı ilk dəfə əxlaqsız hərəkətlər edib. Əvvəllər heç kim mənə qarşı əxlaqsız hərəkətlər etməyib”.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Şahmar Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilib. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olduğuna görə cinayət məsuliyyətindən azad edilib.
Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə əsasən ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilib.
O, Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib.