Keçmiş "SURVİVOR" iştirakçısı azadlıqdan məhrum edildi
    • Dünən, 23:33
    • 222

Keçmiş "SURVİVOR" iştirakçısı azadlıqdan məhrum edildi

2011-ci ildə televiziya tarixində iz qoyan yarışmalardan biri olan Survivorda yarışan və ziddiyyətli rəftarları ilə daim gündəmdə olan Taner Tolga Tarlacı Türkiyə və Şimali Kiprdə müxtəlif cinayətlərə görə mühakimə olunub. 

News24.az xəbər verir ki, Kiprdə yaşayan və Cenk Hoca kimi tanınan fenomen bir müddətdir həbsdə olan Tarlacıya baş çəkib. 

Həbsxana şəraitinin çox ağır olduğunu bildirən fenomen, Tarlacının ona bəraət qazandıracaq heç bir dəlili olmadığını ifadə edərək, "Bir şey edəcəyik, amma açıq deyim, ümidim yoxdur. Görünən odur ki, Taner ömrünü burada keçirəcək". 

Qeyd edək ki, ona qarşı bir çox ittihamlar irəli sürülən Taner Tolga Tarlacı 18 il müddətinə azadlıqdan məhrum edilib.

Məryəm İlhamqızı