-
- 12-09-2024, 05:00
- 297
Elektron siqaret adi siqaretdən zərərsizdir?
Britaniyanın Mançester Metropolitan Universitetinin apardığı araşdırmaya görə, elektron siqaretlərin ən az siqaret qədər ağciyərlərə zərər verdiyi qənaətinə gəlinib.
News24.az Lent.az-a istinadla xəbər verir ki, son zamanlar elektron siqaretlər siqaret çəkmək istəməyən insanların ən çox üstünlük verdiyi alternativə çevrilib.
Siqaret qədər zərərli olmadığı düşünülən elektron siqaretlər böyük müzakirə mövzusudur.
Elə buna görə də Böyük Britaniyanın Mançester Metropolitan Universitetinin tədqiqatçıları bu məsələyə aydınlıq gətirmək istəyiblər.
Universitet tədqiqatçıları tərəfindən aparılan araşdırmada, elektron siqaretdən istifadə edən insanların ən az siqaret çəkənlər qədər ağciyərlərinə zərər verdiyi bildirilib.
Araşdırma çərçivəsində elektron siqaret istifadəçiləri və siqaret çəkənlər iki qrupda araşdırılıb.
İştirakçıların damarlarının nə qədər yaxşı işlədiyini təhlil etmək üçün qan testləri və ultrasəs müayinəsi keçirilib.
Aparılan uzun araşdırmalar göstərib ki, elektron siqaretlər siqaretdən heç də yaxşı deyil.